Saytin menyusu
Sual-cavab
Heydər Əliyev ilk dəfə neçənci ildə prezident seçilib ?
Total of answers: 67
Statistika

Total online: 1
Guests: 1
Users: 0
Axtaris
Mini cat
10:30
Guest
alt

Azerbaycan xalqının ümummilli liderinin doğum günü ölkede qeyd olunur. Bundan başqa, dünyanın bir çox ölkesinde de H. Eliyevin anadan olması münasibetile müxtelif tedbirler keçirilir. Heyder Elirza oğlu Eliyev 10 may 1923-cü ilde Naxçıvan şeherinde anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikden sonra 1939-41-ci illerde Azerbaycan Senaye İnstitutunun (indiki Azerbaycan Dövlet Neft Akademiyası) memarlıq fakültesinde tehsil alıb. 1941-ci ilden Naxçıvan Xalq Daxili İşler Komissarlığında ve Naxçıvan Xalq Komissarları Sovetinde şöbe müdiri işleyib. H. Eliyev 1944-cü ilin mayında dövlet tehlükesizliyi orqanlarına işe gönderilib, Leninqradda xüsusi ali tehsil alıb, general rütbesinedek yükselib. 1957-ci ilde Azerbaycan Dövlet Universitetinin tarix fakültesini bitirib. 1964-cü ilde Azerbaycan SSR Nazirler Soveti yanında Dövlet Tehlükesizliyi Komitesi sedrinin müavini teyin olunub, 1967-ci ilde ise sedri vezifesine ireli çekilib. 1969-cu ilde Azerbaycan Kommunist Partiyası Merkezi Komitesinin 1-ci katibi, Merkezi Komitenin büro üzvü seçilib. H. Eliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Merkezi Komitesinin Siyasi Bürosu üzvlüyüne namized, 1982-ci ilin noyabrında ise Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirler Soveti sedrinin birinci müavini teyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 ve 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sedr müavini, Azerbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin (7, 8, 9 ve 10-cu çağırış) deputatı ve respublika Ali Soveti Reyaset Heyetinin üzvü olub, Lenin ordeni (4 defe), Qırmızı Ulduz ordeni ve çoxlu medallarla teltif edilib, iki defe Sosialist Emeyi Qehremanı adına (1979, 1983) layiq görülüb. H. Eliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Merkezi Komitesinin Siyasİ Bürosunun ve şexsen baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasete etiraz olaraq tutduğu vezifelerden istefa verib ve müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda töretdiyi qanlı facie ile elaqedar ertesi gün Azerbaycanın Moskvadakı nümayendeliyinde beyanatla çıxış ederek, Azerbaycan xalqına qarşı silah işledilmesini keskin pisleyib. H. Eliyev Dağlıq Qarabağda yaranmış keskin münaqişeli veziyyetle bağlı merkezin ikiüzlü siyasetine etiraz elameti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını terk edib. 1990-cı ilin iyulunda Azerbaycana qayıdan H. Eliyev Naxçıvanda yaşayıb, hemin ilde de Azerbaycan Ali Sovetine deputat seçilib. 1992-ci ilde Yeni Azerbaycan Partiyasının Naxçıvan şeherinde keçirilmiş tesis qurultayında partiyanın sedri seçilib. O, 1991-1993-cü illerde Naxçıvan Muxtar Respublika Ali Meclisinin sedri, Azerbaycan Respublikası Ali Sovetinin sedr müavini olub. Heyder Eliyev 1993-cü il iyunun 15-de Azerbaycan Ali Sovetinin sedri seçilib, iyunun 24-de ise Milli Meclisin qerarı ile Azerbaycan Prezidentinin selahiyyetlerini heyata keçirmeye başlayıb. 1993-cü il oktyabrın 3-de ümumxalq sesvermesi neticesinde Heyder Eliyev Azerbaycan prezidenti seçilib. H. Eliyevin Azerbaycan rehberliyine qayıdışı ile ölkenin ictimai-siyasi, sosial, iqtisadi, elmi-medeni heyatında, beynelxalq elaqelerinde dönüş yaranıb, müsteqil dövlet quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr ve 1995-ci il mart dövlet çevrilişi cehdlerinin qarşısı alınıb, ölkede ictimai-siyasi sabitlik berqerar edilib. Dövletin xarici siyaseti, elece de dünyanın aparıcı dövletleri ve beynelxalq teşkilatları ile elaqeleri milli maraqlara ve uzaqgören siyasi perspektivlere esaslanan xetle inkişaf etmeye başlayıb. 1994-cü ilin mayında o, cebhede ateşkes elan edilmesine nail olunub. 1994-cü ilin sentyabrında Bakıda "Esrin müqavilesi" adını almış neft müqavile imzalanıb. Azerbaycan neftinin dünya bazarlarına neqli sahesinde de uğurlu addımlar atılıb, Bakı-Supsa boru kemeri tikilib istifadeye verilib. Heyder Eliyevin iradesi sayesinde Bakı-Tiflis-Ceyhan esas ixrac boru kemeri haqqında müqavile imzalanıb, onun heyata keçirilmesine başlanılıb. Heyder Eliyevin teşebbüsü ile Böyük İpek Yolunun berpasında - ümumdünya kommunikasiya proqramının heyata keçirilmesinde Azerbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azerbaycan ve Moldovanı ehate eden GUAM birliyinin yaranmasında ve belelikle, böyük bir coğrafi mekanda region qüvvelerinin birleşmesinde de H. Eliyevin önemli xidmeti olub. O, demokratik, hüquqi dövlet quruculuğu yönümünde ardıcıl siyaset yeriderek, ölkede insan hüquq ve azadlıqlarının başlıca prinsiplerinin berqerar olması üçün esaslı zemin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ile Azerbaycanın Konstitusiyasının qebul edilib, 1995-ci ve 2000-ci illerde çoxpartiyalılıq esasında parlament seçkileri keçirilib, Konstitusiya Mehkemesi fealiyyete başlayıb, Azerbaycanda ölüm cezası, metbuat üzerinde senzura leğv olunub. 1995-ci ilin mayında efvetme institutu berpa edilib, 1995-2002-ci illerde efv fermanlarına ve amnistiya aktlarına esasen minlerle mehbus müxtelif cezalardan tam ve ya qismen azad edilib, Azerbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-de ise qurumun tamhüquqlu üzvü olub. H. Eliyev 1998-ci il oktyabrın 11-de yeniden Azerbaycan prezidenti seçilib. 2001-ci ilde Azerbaycanda latın elifbasına keçilmesi, dövlet dilinin tetbiqi işinin tekmilleşdirilmesi, Azerbaycan elifbası ve Azerbaycan dili gününün tesdiq edilmesi haqqında fermanlar imzalayıb. H. Eliyev 2003-cü il dekabrın 12-de vefat edib.
Giris
Смотри там все для ucoz очень много полезной инфы для ucoz.
Вот все о роке - социальная сеть для рокеров России
Также есть сайт, где можно посмотреть даты выхода игр без регистрации.
Также можете посетить официальный сайт Леонова и .
популярный сайт новинки игр на pc 2013 с обзорами авто.
Уделите также внимание рок сайт , лучшие рок песни